Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

-

«BAZARDAKI QARPIZLARI YOXLAMAQ LAZIMDIR»

«Yeni Müsavat» qəzetinə müsahibə verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda olan qarpızların əksəriyyətinin GMO məhsulu olduğunu bildirib: «Satışda olan qarpızların əksəriyyəti Genetik Modifikasiya Olunmuş (GMO) qarpızlardır. Bunun ən parlaq sübutlarından biri həmin qarpızların tumunu növbəti ilə əkəndə yetişməməsidir. Bu qarpızlar həm də istixanalarda yetişdirilən qarpızlardır.

Demək olar ki, bu qarpızları kütləvi şəkildə yoxlayan, normal ekspertiza edən heç bir qurum yoxdur. Kimin ürəyi harada necə istəyir, elə də qarpızını satır. Yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyinin bahalı qiymətə aldığı səyyar laboratoriyaları, ekspertizaları camaatın əziyyətlə gətirib bazara çıxartdıqlarını yox, gedib yerlərində yoxlasınlar. Etiraf etmək lazımdır ki, bu sahədə böyük boşluq var».

DOLLAR DƏRDI...

«Bizim yol» qəzeti yazır ki, banklar dollarla qoyulan əmanətlərin faizini aşağı salıb.

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, banklar əhalidən dollarla cəlb etdiyi əmanəti kredit olaraq iqtisadiyyata yönəldə bilmirlər: «Həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur".

TƏYİNAT ALIB UCQAR KƏNDƏ GEDƏN GƏNC MÜƏLLİMƏNİN HEKAYƏSİ

Modern.az saytı pedaqoji fəaliyyətə Şamaxı rayonunu Dəmirçi kəndindəki orta məktəbdə başlayan Xəyalə Əliyeva ilə söhbət edib:

"Bizə sadəcə dövlətin təyin etdiyi maaşdan əlavə 150 manat kompensasiya ayrılıb. Başqa güzəşt olunmur. Kirayə qaldığım ev və digər kommunal xərclər öz hesabımıza ödənilir. Kənddə yaxşı evlər kirayə verilmir, kirayə verilən evlərin də şəraiti yoxdur... Təkbaşına olduğum üçün yeməyə də, geyimə də pulum çox şükür ki, yetir. Maaş məni qane edir. Maaş qane etsə də, kənddə xərcim çox çıxır. Kirayə, işıq, telefon, internet üstəgəl odun pulu. Çıxarım çox olur. Yəqin ki, gələcəkdə bunlar nəzərə alınar".

İlham Əliyev

İlham Əliyev

İLHAM ƏLİYEV: «MÜSƏLMAN ÖLKƏLƏRİ BİR-BİRİNƏ DAHA ÇOX DƏSTƏK OLMALIDIR»

«İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir». Bunu Azərbaycan prezidenti İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə keçirdiyi görüşündə bildirib.

yap.az.org yazdığına görə, İlham Əliyev bildirib ki, son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri daha da inkişaf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG