Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:49

-

Ukrayna qüvvələri ölkənin şərqində atışmanı “dərhal” dayandırmalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin fransalı və alman həmkarları Francois Hollande və Angela Merkel-ə iyunun 22-də telefon söhbətində deyib. İyunun 23-də Parisdə Rusiya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Fransa prezidentinə yaxın mənbənin sözlərinə görə, Hollande və Merkel Ukrayna böhranının həllində “yetərli” irəliləyiş olmadığı üçün “müxtəlif tərəflərə təzyiq göstərməyin vacibliyini qaldırıb”.

Ötən ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında döyüşlərdə 6 min 400-dən çox adam ölüb. Bu ilin fevralında Minskdə atəşkəs sazişinin əldə olunmasına baxmayaraq, münaqişə zonasında ara-sıra toqquşmalar davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG