Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:21

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych iyunun 22-də deyib ki, 2014-cü ilin fevralında devrilməsinə gətirmiş ölüm hallarına görə məsuliyyətin bir hissəsini üzərinə götürür

-

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych iyunun 22-də deyib ki, 2014-cü ilin fevralında devrilməsinə gətirmiş ölüm hallarına görə məsuliyyətin bir hissəsini üzərinə götürür.

“Mən məsuliyyətimi inkar etmirəm,” o, BBC-nin “Newsnight” verilişinə deyib. Yanukovych ötən il vətəndaş müharibəsi başlanandan birinci dəfədir müsahibə verir. Keçmiş prezident Kiyevin Maidan meydanında nümayişçilərə atəş açılmasıyla bağlı suala cavab verib. Deyib ki, təhlükəsizlik qüvvələrinə atəş açmaq əmri verməyib, ancaq etiraf edib ki, qan tökülməsinin qarşısını almaq üçün lazım olanı etməyib.

“Odlu silahdan istifadə etməyə göstəriş verməmişəm. Bu, mənim səlahiyyətimə daxil deyildi… Mən gücdən istifadəyə qarşı idim, o ki qaldı odlu silah olsun. Qan tökülməsinə qarşı idim. Ancaq təhlükəsizlik qüvvələri mövcud qanunlara uyğun olaraq borclarını yerinə yetiriblər. Onların silahdan istifadə hüququ vardı,” Yanukovych deyib.

Kiyevin mərkəzi meydanında polislə bir neçə aylıq qarşıdurmadan sonra toqquşmalarda 100-dən artıq etirazçı həlak olub. Yanukovych ötən il fevralın 23-də Rusiya xüsusi qüvvələri tərəfindən ölkədən çıxarılıb. Hazırda Rusiyada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG