Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17

Pakistanın cənubundaki Sind əyalətində istilərdən 220-dən çox adam ölüb.

Ölənlərin əksəriyyəti əyalətin paytaxtı Karaçidə qeydə alınıb.

Son günlər şəhərdə 45 dərəcə istilər olduğu bildirilir.

Bundan başqa yüzlərlə adam xəstəxanaya düşüb.

Ölənlərin əksəriyyəti yaşlılardır.

Təxminən 20 milyonluq əhalisi olan şəhərdə elektrik enerjisinin tez-tez kəsilməsi vəziyyəti daha da gərginləşdirib.

Havaların iyunun 23-də soyuyacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG