Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:48

-

"Qadın deyirdi ki, əgər ölkədən getməsə, onu analıq hüququndan məhrum edilmə təhlükəsi gözləyir.

Özünün əsəb dispanseri xəstəxanasına salınacağını, uşaqlarının əlindən alınacağını deyirdi​"

"Mən də ölkədən qanunsuz çıxmaqda suçlanıram. Necə yəni ölkəni qeyri-qanuni tərk etmişəm? Mənim nə vaxt, hansı sərhəd-buraxılış məntəqəsindən buraxılmağımı DİN rəhbərliyi yaxşı bilir"

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin adının keçdiyi cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

O, Daxili İşlər Nazirliyi rəsmisinin keçmiş həyat yoldaşı və uşaqlarının xaricə qaçmasına kömək etməkdə günahlandırılır.

Cinayət işinin mətbuatda yayılan materiallarına görə, DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskaya 4 qızını da qeyri-qanuni yolla ölkədən çıxarıb və ona bu işdə kömək edənlər olub. Bu cinayət işi üzrə yarısı qadın olan 12 nəfər məhkəmə qarşısına çıxarılacaq. Təqsirləndirilən şəxslərə qarşı saxta sənədlərin hazırlanması, oğurluq ittihamları irəli sürülüb. Hüquq müdafiəçisi Əlövsət Əliyev də qadının və uşaqlarının xarici ölkəyə qaçırılmasında ittiham edilir.

Hazırda xarici ölkələrin birində yaşayan Əlövsət Əliyev AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Əlövsət bəy, ölkəni tərk etmənizə səbəb məhz bu cinayət işidir?

- Soruşanlara hər zaman demişəm ki, barəmdə cinayət işi var. Hətta “Yeni Müsavat”a sonuncu müsahibəmdə də demişəm ki, bir generalın sifarişi ilə barəmdə cinayət işi açılıb. Bununla bağlı mətbuat konfransı keçirməyə lüzum görmədim. Həm də keçmiş polis əməkdaşı kimi DİN-in mənafeyi, polis əməkdaşlarının maraqlarını qorumaq həmişə marağımda olub.

Ölkə rəhbərinə, baş prokurora yazmışdım, güman edirdim ki, mənimlə bağlı hissə xətm olunacaq. Ona görə də bir o qədər ciddi yanaşmırdım. Fikirləşirdim ki, iş xətm ediləcək və mən Azərbaycana qayıdacam. Yayılan məlumatlardan görünür ki, belə deyilmiş.

- Əlövsət bəy, DİN yetkilisi Emin Şəkinskinin adını çəkib demisiz ki, o, nəinki xanımına, onun yaxınlarına da təzyiq göstərib.

- Emin Şəkinski 2008-ci ildə qanunsuz olaraq qaynını Astarada saxlatmışdı, sənədlərini qanunsuz olaraq qaytarmırdı. O vaxt bu işlə bağlı mənə müraciət olundu, mən də ölkə başçısına, birinci xanıma müraciət elədim. Birinci xanım ərizəyə dərkənar qoyandan sonra Gülnarə xanımın qardaşının sənədləri özünə qaytarıldı. Bu yazışmalar 6 aydan çox çəkdi. Bundan başqa, Gülnarə xanımın bacısının ölkədən çıxarılmasına qadağa qoyulmuşdu. Yenə də bu məsələylə bağlı çoxsaylı yazışmalardan sonra problem öz həllini tapdı. O cümlədən, ailə üzvlərimin də ölkədən çıxarılmasına qadağa qoyulmuşdu. Emin Şəkinski prezidentin sinif yoldaşı olub. Məncə, o, bundan istifadə edir.

- Gülnarə xanım sizə müraciət edəndə artıq tanış idinizmi?

Üstəlik, mən də ölkədən qanunsuz çıxmaqda suçlanıram. Necə yəni ölkəni qeyri-qanuni tərk etmişəm? Mənim nə vaxt, hansı sərhəd-buraxılış məntəqəsindən buraxılmağımı DİN rəhbərliyi yaxşı bilir. İndi cinayət işində saxta sənədlərdən söhbət gedir. Hanı o sənədlər? Gərək sənədlər ortada olsun ki, fakta görə cinayət işi qaldırılsın. Sənəd saxtalaşdırılıbsa, bunu dövlət məmuru edə bilər. Onlar isə kimi həbs ediblər? Taksi sürücüsünü.

- Xeyr. 2008-ci ildə onun qardaşına kömək etmişdim. Qardaşını da hansısa vəkil bizə yönəltmişdi ki, miqrasiya məsələləri üzrə ixtisaslaşmış mərkəzdir. Mən də ona hüquqi yardım göstərdim.

- Gülnarə xanım sizə nə zaman müraciət eləmişdi?

- Səhv eləmirəmsə, ya 2013-cü ilin dekabrı, ya da 2014-cü ilin yanvarı idi. Bizim mərkəzə gələndə mən nə onun qardaşına, bacısına kömək etdiyimi bilirdim, nə də Emin Şəkinskinin keçmiş arvadı olduğunu. İkinci görüşümüzdə kim olduğunu öyrəndim. Mənə problemini danışdı, ruhi əsəb xəstəlikləri dispanserinin arayışını, daha başqa sənədlər də gətirmişdi. Ərinin uşaqlarını görmək kimi bir problemi yox idi, həftədə 4 dəfə görə bilərmiş. Qadın deyirdi ki, əgər ölkədən getməsə, onu analıq hüququndan məhrum edilmə təhlükəsi gözləyir. Özünün əsəb dispanseri xəstəxanasına salınacağını, uşaqlarının əlindən alınacağını deyirdi. Mən də qadına məsləhət verdim. Əgər məsləhətim əsaslı olmasaydı, Gürcüstan hökuməti Gülnarə xanımı himayə etməzdi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dəstək durmazdı. Hazırda ona qaçqın statusu verən ölkə yaxın durmazdı. Bunlar göstərir ki, mən həqiqətən ona düzgün, qanuni məsləhət vermişəm. Gülnarə xanım təqiblərə məruz qaldığı üçün də başqa ölkədə sığınacaq ala bilib. Əks halda, ona bu status verilməzdi.

- Bir daha dəqiqləşdirək, sizin kiməsə miqrasiya etməsi barədə məsləhət vermək, yol göstərmək kimi səlahiyyətiniz vardımı? Bu, qanuni idimi?

- Bu, mənim peşə fəaliyyətimdir. 2007-ci ildə Miqrasiya Mərkəzi İctimai Birliyini yaratmışam. Bu mərkəzin əsas vəzifəsi, işi miqrasiya sahəsində ehtiyacı olan adamlara hüquqi yardım göstərmək olub. Hətta iş polislə, məhkəmə ilə əlaqələnəndə adamlar bizə etibarnamə də verib. Hər il yüzlərlə, minlərlə adama hüquqi yardım göstərmişəm. Buna görə də deyirəm ki, mən QHT işimə görə təqib olunmuşam, ona görə də burdayam, xaricdəyəm.

- Əlövsət bəy, ailədə zorakılıq, təqib faktı vardısa, xanım daxili işlər nazirinə, ölkə prezidentinə müraciət edə bilərdi.

- Gülnarə xanım yaxşı bilirdi ki, o kimə şikayət eləsə, ərizəsi keçmiş həyat yoldaşının əlinə keçəcək.

- Cinayət işində saxta sənədlərdən söz açılır. Siz bilirdizmi bu barədə?

- O məndən hüquqi məsləhət alıb. Məsələn, soruşub ki, ölkədəki səfirliklərin birindən qaçqın statusu ala bilərmi? Mən qaçqın statusu almağa əsas olan halları (1951-ci il Konvensiyası, ona əlavə edilmiş protokollar və “Qaçqınların (və onlara bərabər tutulan şəxslərin) və məcburi köçkünlərin hüquqi statusu” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qaçqın statusu almaq hüququ olan şəxslər haqqında ona geniş məlumat vermişəm. Eyni zamanda ona Qanunun əsas prinsiplərindən birini, yəni heç kəsin vətəndaşı olduğu ölkənin ərazisində qaçqın statusu almaq hüququnun olmadığını izah etmişəm.

Əgər o vaxt mənə desəydi ki, uşaqlarımı, özümü ölkədən çıxmağa qoymurlar, onun qardaşının, bacısının işini həll elədiyim kimi, onların da problemini çözərdim. Biz o qədər belə işləri həll etmişik ki: uşağını ölkədən çıxmasına qadağa qoyduran, səlahiyyətindən istifadə edib münaqişəsi olduğu şəxsi ölkədən getməyə qoymayan o qədər adam olub ki.

Üstəlik, mən də ölkədən qanunsuz çıxmaqda suçlanıram. Necə yəni ölkəni qeyri-qanuni tərk etmişəm? Mənim nə vaxt, hansı sərhəd-buraxılış məntəqəsindən buraxılmağımı DİN rəhbərliyi yaxşı bilir. İndi cinayət işində saxta sənədlərdən söhbət gedir. Hanı o sənədlər? Gərək sənədlər ortada olsun ki, fakta görə cinayət işi qaldırılsın. Sənəd saxtalaşdırılıbsa, bunu dövlət məmuru edə bilər. Onlar isə kimi həbs ediblər? Taksi sürücüsünü.

- Gülnarə xanım uşaqları ilə ölkəni tərk edəndə bu barədə sizə xəbər verib?

- Gülnarə xanım və uşaqlarının sərhədi nə vaxt, necə keçdiyindən xəbərim olmayıb. Yalnız Gülnarə xanım mənə Tbilisidən zəng etdi ki, hər şey qaydasındadır, bizdən Mərkəzimizdən hüquqi məsləhət istədiyini təsdiqləyən arayış istədi. Biz də o arayışı ona təqdim etdik...

Hələ ki, Daxili İşlər Nazirliyi qurumun səlahiyyətli şəxsinin adı ətrafında gedən məsələlərlə bağlı açıqlama verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG