Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:34

Müsavatçı qapı ustası deyir, ondan qisas alırlar


Rəşad Vəliyev
Rəşad Vəliyev

-

Müsavat Partiyasının fəalı olan oğuzlu Rəşad Vəliyev qapı ustasıdır.

Onu düzəltdiyi qapının keyfiyyətsizliyi iddiası ilə bu yaxınlarda məhkəməyə veriblər.

Amma Rəşad Vəliyev iddia edir ki, bu bir bəhanədir. Ondan qisas alırlar.

Deyir ki, 2013-cü ildə prezident seçkilərində müşahidəçi olub və rayonda baş vermiş seçki saxtakarlıqlarıyla bağlı videonu o zaman İnternetə yerləşdirib. Hədələrə baxmayaraq ordan çıxarmağa razı olmayıb.

Keçmiş müşahidəçi bildirir ki, onu məhkəməyə verən - icra hakimiyyətinin şöbə müdirinin qohumu, Oğuz rayon Calud kənd orta məktəbinin direktoru Lətif Abbasovdur.

Oğuz rayon İcra Hakimiyyətinin şöbə müdiri Səyyaf Abbasovun qohumu.
"O adam ki, videonu Youtube-a qoyandan sonra zəng edib məni söymüş, təhqir etmişdi".

Rəşad Vəliyev 2013-cü ilin prezident seçkilərində 117 saylı Oğuz-Qəbələ dairə seçki komissiyasını 32 saylı məntəqəsində müşahidəçi olub.

O iddia edir ki, seçki saxtakarlığını ifşa etdiyinə görə saxta ittihamla məhkəməyə verilib. (Ardı aşağıda)

Oğuz-Qəbələ dairəsində seçki saxtakarlığı
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00



Deyir ki, seçkidən öncə məktəb direktoruna qapı düzəldibmiş. O bildirir ki, bir neçə ay öncə direktor zəng edib və qapıların deformasiyaya uğradığını deyib. Rəşad Vəliyev deyir ki, qapıları dəyişməyə hazır olduğunu bildirsə də, bu yaxınlarda gözlənilmədən Oğuz Rayon Məhkəməsinə çağrılıb.

“MƏNİ HƏBS ETMƏK İSTƏYİRLƏR”


O bildirir ki, Lətif Abbasovun şikayəti əsasında iyunun 18-də keçirilən ilk məhkəmə iclasında hakimin təzyiqi ilə üzləşib. Məhkəmədə ittiham olunduğu məsələdən çox siyasi fəaliyyəti, məntəqədəki müşahidəçiliyi ilə bağlı sorğu-sual olunub:

“Heç kimin pulunu alıb xərcləməmişəm. İş görmüşəm, üstündən bir il keçəndən sonra deyir, işin xoşuma gəlmir. Mən də deyirəm ki, qapıların cəriməsini ödəməyə hazıram, hakim razılaşmır. Deyir ki, ziyanın 10 qatını ödəməlisən. Mənim də bu qədər pulum yoxdur. 260 manatlıq qapıya görə, 2 min 500 manat ödətdirmək istəyirlər. Görürəm ki, bu məsələ bəhanədir və bunların fikri məni hansı variantla olur olsun, həbs etməkdir.

Rəşad Vəliyev
Rəşad Vəliyev

Direktor özü də dedi ki, gələn məhkəmədə sənin üzünə durmağa şahidlər gətirəcəyəm, sonunu görəcəksən. Hakim də məni provakasiyaya çəkmək istəyirdi. Məni təhqir edirdi, üstümə qışqırırdı ki, özümdən çıxım, dava salım. Sonra da məni həbs etsinlər. Məndə məlumat var ki, növbəti məhkəmələrdə məni həbs etmək istəyirlər”.

“...SAXTAKARLIQ BAŞLADI”


Rəşad Vəliyevin 2013-cü ildə Youtub-a yerləşdirdiyi görüntülərdə bir neçə nəfərin bülletenləri topa-topa qutulara doldurduqları əks olunur. O deyir ki, həmin şəxslərdən biri də şöbə müdirinin yaxın qohumu Sirac Kərimovdur:

“Seçki günü günortadan sonra saxtakarlıq başladı. Küçədən adamları gətirirdilər, topa-topa bülletenləri qutuya doldururdular. Bu işə məntəqə sədri rəhbərlik edirdi. Mən iki kadr çəkdim və yaydığım da həmin kadrlardı. Kadrlara Səyyaf Abbasovun qardaşının oğlu Sirac da düşüb. O, bülletenləri topa-topa qutuya atırdı. Təqib olunmağımın da əsl səbəbi budur”.

Rəşad Vəliyevin növbəti məhkəmə prosesi iyulun 9-na təyin olunub.

Oğuz rayon Calud kənd orta məktəbinin direktoru Lətif Abbasovla da əlaqə saxladıq.

O, haqqındakı iddialarla bağlı AzadlıqRadiosunun müxbirinin sualını eşidən kimi telefonu qapadıb. Sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb.

Rayon icra hakimiyyətinin şöbə müdiri Səyyaf Abbasov gün ərzində zənglərə cavab vermədi.

AzadlıqRadiosu reportajda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırdır

XS
SM
MD
LG