Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

-

Komiks janrında dissertasiya

Elmin dissetasiya janrının tələbləri çox sərt və sabitdir. Amma komiks janrının Qərb mədəniyyətində elə güclü nüfuzu var ki, komiks janrında yazılmış bir romanı dissertasiya kimi qəbul etdilər.

Kolumbiya Universiteti şəkillərdən və şəkilüstü sözlərdən ibarət olan qrafik romana elmi dissertasiya, onu yazan yazıçıya isə təhsil üzrə doktor rütbəsi verib.

Yazıçının adı Nick Sousanis, qrafik romanın adı Unflattening.

Ədəbiyyatda sözlərlə şəkillərin münasibəti mövzusunda olan bu qrafik roman Harvard Universiteri nəşriyyatında dərc olunub.

Qərarı verənlər deyiblər ki, sözlərin şəkillərdən əvvəl gəlməsi, əvvəlcə söz olması anlayışının Qərb mədəniyyətində dərin kökləri var. Qrafik roman janrı mənanın çatdırılmasında sözlərlə şəkilləri əlaqələndirir.

"Nick Sousanis isə akademik diskursun mühafizəkar qaydalarına qarşı insanın bilik formalaşdırmaq yollarına yeni nöqtədən baxıb.

Vahid nəzər nöqtəsindən baxmağa qarşı.bizə elm, fəlsəfə, ədəbiyyat və mifologiyanın ortaq nöqtəsində yeni qavrayış, yeni anlama üsulu göstərib."

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG