Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Aralıq dənizi ilə qanunsuz miqrant daşıyan qrup və şəxslərə qarşı hərbi əməliyyatlara başlanması barədə qərar qəbul ediblər.

Avropa Birliyindən verilən məlumata görə, artıq bu həftə başlanacaq əməliyyatın birinci mərhələsində gəmi və təyyarələrin iştirakı ilə kəşviyyat məlumatları toplanacaq.

İkinci mərhələdə isə insan alveri ilə məşğul olan qruplara məxsus gəmilərin ələ keçirilmişi və ya məhvi, habelə qanunsuz miqrant daşıyan insanların həbsi nəzərdə tutulur.

3-cü mərhələ isə Liviya suları və ya ola bilsin ki, ölkənin daxilində aparılacaq.

2-ci və 3-cü mərhələyə keçmək üçün Avropa Birliyinə BMT təhlükəsialik xidmətinin qətnaməsi və Liviya hökumətinin razılığı tələb olunur.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Moghereni iyunun 22-də Lüksemburqda çıxış edərkən deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG