Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:31

Əfsanəvi argentinalı futbolçu Diego Maradona FİFA prezidentliyinə namizədliyini verəcək.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, bu barədə uruqvaylı jurnalist Victor Morales məlumat verib.

Qeyd edək ki, Maradona dəfələrlə keçmiş FİFA prezidenti Sepp Blatteri korrupsiya və səriştəsizlikdə ittiham edib.

O təşkilatda köklü islahatlar aparılmasının tərəfdarıdır.

Blatter bu ilin mayında 5 müddətə təşkilata prezident seçilsə də iyunun 2-də istefa verdi.

Bu FİFA-nın Sürixdəki ofisinə polis reydi və təşkilatın bir neçə keçmiş və indiki məsul işçilərinin habsindən 2 gün sonra baş verdi.

Sepp Blatterin istefasını ən çox UEFA və Avropa ölkələrinin futbol federasiyaları tələb edirdirdi.

Qeyd edək ki, bunadək FİFA prezidentliyinə artıq 5 nəfərin namizədliyi verilib.

Bunlar Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG