Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

-
Məşhur yazıçı növbəti dəfə ittihamla üzləşib

Koreyanın ölmək üzrə olan ədəbi səhnəsində romançı Shin Kyung-sook (1963) demək olar ki, yeganə həyəcan mənbəyidir.

Dünyada nüfuzu artdıqca artır. 2011-ci ildə “New York Times” onun “Lütfən anama yaxşı bax” romanını bestseller siyahısına salmışdı.

Belə görünür ki, Yaponiya üçün Haruki Murakamı nədirsə, Shin də Koreya üçün elə bir ədəbiyyat ulduzudur. Belə bir vaxtda o, plagiat ittihamı ilə üzləşib, - Asia One yazır.

Bu günlərdə Shin-in Koreyadan olan bir yazıçı yoldaşı Lee Eung-jun İnternetdə onun əleyhinə bir iddia qaldırıb, Shin-i yapon yazıçı Mishima Yukio-nun “”Patriotizm" romanından bir hissəni oğurlayıb öz kitabına salmaqda ittiham edib.

Yapon ədəbiyyatının həmin nümunəsini Koreya dilinə 1983-cü ildə şair Kim Hu-ran tərcümə edib. İttihamçı Lee hər iki əsərdən hissələri bir-birinin ardınca qoyaraq yazib: İki əsər arasında bənzərliklər elə çoxdur ki, bunu plagiatdan başqa heç nə adlandırmaq olmaz.

Shin və onun Koreyalı naşiri Changbi ittihamı rədd ediblər.

Koreyalı yazıçı mətbuata verdiyi açıqlamada yapon yazıçının həmin əsərini heç oxumadığını, yalnız “Qızıl pavilyon məbədi” kitabını uzun müddət əvvəl oxuduğunu deyib.

"Belə şeylər yazıçıları yaralayır, həqiqət olub-olmamasından asılı deyil. Bundan sonra ittihamlara cavab verməyəcəyəm” – Shin söyləyib.

Amma "Asia One" yazır ki, Shin-in plagiatları Koreya ədəbi mühitində uzun müddət məlum bir şey olub.

Yazıçını “Harmoniyanın dayandığı yer” (1993), “Dərin kədər” (1994) kimi bestseller romanlarıyla təkcə dünyada yox, Koreyada da çox oxuyurlar.

O, 1990-cı ildə "Qış nağılları” kitabıyla debüt edib. İlk dəfə elə həmin əsərinə görə, Koreyada plagiat ittihamıyla – böyük yazıçıların kitblarından hissələr götürərək, özünə kitab düzəltməsi itihamı ilə üzləşib. Buna baxmayaraq, Shin yazmağa davam edib.

Bu, ingiliscəyə çevrilən ilk kitabı olub. 2011-ci ildə ABŞ-da, sonra başqa ölkələrdə sanballı nəşriyyatlarda çıxıb. Ona İngiltərədə verilən Man Asiya Ədəbi Mükafatını da qazandırıb.

İngilis dilinə tərcümə olunan ikinci kitabı “Düz orada olacağam” keçən yay ABŞ-da çıxıb.

1999-cu ildə Koreyada bir tənqidçi Shinin “Salamat qal” romanında Kenji Maruyama-nın "Su ailəsi" romanındakı bir hissənin eynilə təkrarlandığını yazıb.

Shin o zaman ittihamı rədd etmişdi. Növbəti ilsə Shinin "Çiyələk sahəsi” romanında başqa bir kitabdan kiçik dəyişikliklərlə altı hissəni təkrarladığı iddia olunub. "Asia One" yazır ki, həmin vaxt Shin mənbələrini göstərmədiyinə görə, üzr istəmişdi.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG