Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Taliban parlamentə hücum edib


Talibançılar iyunun 22-də Kabildə ölkə parlamentinə hücum ediblər.

Azı 18 dinc sakinin yaralandığı xəbər verilir.

Onlardan ikisi qadın, ikisi isə uşaqdır.

Kabil polisinin sözçüsü Ebadullah Kariminin sözlərinə görə, intiharçı minalanmış maşını parlament binasının ətrafında partladıb və yaraqlılar bundan sonra binaya soxulmaq istəyib.

Amma təhlükəsialik qüvvələri hücumun qarşısını alıb və onlar yaxınlıqdakı binada mövqe tutublar.

Daxili işlər nazirliyinin sözçüsü Sediq Sediqqi hücum edənlərin altısının da öldürüldüyünü xəbər verir.

Hücum edənlər ümumilikdə 7 nəfər olub, onlardan 1-i maşını partladıb, 6-sı isə binaya hücum edib.

Güc qurumları bütün deputatların salamat olduğunu bildirirlər.

Hücuma görə cavabdehliyi Taliban dərhal üzərinə götürüb.

İyunun 22-də parlamentin iclasında prezident Ashraf Ghaninin müdafiə naziri vəzifəsinə irəli sürdüyü yeni namizəd müzakirəyə çıxarılmalı idi .

Bu vəzifə mübarizəyə görə, bir neçə aydır ki, boşdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG