Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

-

Yunanıstanın baş naziri Alexis Tsipras iyunun 22-də Brüsseldə 18 avrozona ölkəsinin liderləri ilə Afinanın borc böhranı ətrafında yaranmış vəziyyəti müzakirə edir.

Yunanıstan prezident aparatının məlumatına görə, Tsipras iyunun 21-də Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande və Avropa Kommisiyasının prezidenti Jean-Claude Junckerlə keçirdiyi telekonfransda yeni təklif verib.

Avropa Birliyinin iqtisadi məsələlər üzrə komissarı Pierre Moscovici bildirib ki, Brüssel görüşündə defoltdan qaçmaq üçün razılaşma əldə oluna bilər.

O Yunanıstanın son təklifinin ümidverici olduğunu bildirib.

Fransanın maliyyə naziri Michel Sapin də təklifi alqışlayıb.

Yunanıstan iyunun sonunadək Beynəlxalq Valyuta Fonduna olan 1,5 milyard dollarlıq borcun ödənilməsi ilə bağlı razılıq əldə etməlidir.

Əks halda ölkə defoltla üzləşə bilər.

Yeni Yunanıstan hökuməti kreditin şərtlərilə razı deyil və onun yumşaldılmasını istəyir.

Söhbət ölkədə kəskin iqtisadi islahatlar aparılmasından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG