Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:31

-

İşadamı Məzahir Cəfərovun intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə apa məlumat yayıb.

Bildirilir ki, 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması faktı ilə üzrə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məzahir Cəfərov iyunun 20-də Bakı şəhəri Həsən Əliyev ünvanındakı mənzilində asılmış vəziyyətdə tapılıb.

«STS» və «Sahil D Company» MMC-nin direktoru olan Məzahir Cəfərov külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham edilirdi.

Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır

Yaxınları onun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG