Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:35

Nehrəmli qohumunun ölümündən danışdı


Hacı İbrahim Nehrəmli
Hacı İbrahim Nehrəmli

-

«Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və bu səbəbdən baş verənləri ürəyinə salırdı. Buna görə də sağalmaz xəstəliyə tutulmuşdu».

Bunu ANS-ə açıqlamasında Məzahir Cəfərovun qohumu, işadamı Hacı İbrahim Nehrəmli deyib.

İşadamı Məzahir Cəfərov iyunun 20-də Bakı şəhəri Həsən Əliyev ünvanındakı mənzilində asılmış vəziyyətdə tapılıb.

Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24-mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Bu binaları «Galaxy Palace» şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.

Hacı İbrahim Nehrəmli deyir ki, qohumu borcla bağlı problemlərini yoluna qoyubmuş, amma xəstəliyə düçar olduğu üçün çox sarsılmışdı:

«Bilirdi ki, xəstəliyi müalicəsizdir. Öləcəyini bilirdi və ona görə də tez bir zamanda problemlərini həll etmişdi. Onun şəriki ilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar. Artıq onlar problemi həll etmişdilər. Onun borcu yox idi».

Məzahir Cəfərov həm də Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır. Evli idi, 2 qız övladı var.

Onun ölümü ilə bağlı hələ ki rəsmi məlumat yayılmayıb.

XS
SM
MD
LG