Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38

Rusiyada müxalifət lideri Alexei Navalny ilə işləyən fəala hücum edilib, hazırda xəstəxanadadır. O, Rusiyanın uzaq şərqində hücuma məruz qalıb

-

Rusiyada müxalifət lideri Alexei Navalny ilə işləyən fəala hücum olunub, hazırda xəstəxanadadır. O, Rusiyanın uzaq şərqində hücuma məruz qalıb.

Navalny-nin veb-saytında dərc olunan fotoda Dmitry Taralov yerə sərilib, iki kişi onu təpikləyir. Hadisə iyunun 21-də Maqadanda baş verib.

Navalny deyir ki, Taralov beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, ön dişləri də sınıb.

Tass agentliyinin məlumatına görə, Rusiya parlamentinin Uzaq Şərqdən olan üzvü, Irina Yarovaya polisi hücumçuları tapmağa çağırıb.

Taralov Navalny-nun yaratdığı fondda işləyir. Fondun məqsədi Rusiyada rəsmilər səviyyəsində korrupsiyanı araşdırmaq və ifşa etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG