Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

Gürcüstanın paytaxtı Tiflisdə bir neçə gün öncə baş verən daşqın nəticəsində üzərək Azərbaycana gələn pinqvin geri qaytarılıb

-

Gürcüstanın paytaxtı Tiflisdə bir neçə gün öncə baş verən daşqın nəticəsində üzərək Azərbaycana gələn pinqvin geri qaytarılıb. Bu barədə gürcü mətbuatına istinadən “Anspress” məlumat yayıb.

Təbii fəlakət nəticəsindən Tiflis zooparkından 9 pinqvin qaçıb. Onlardan səkkizini dərhal tapmaq mümkün olub.

Lakin biri üzərək Azərbaycana gəlib. Bir neçə gündən sonra heyvanı Azərbaycan ərazisindəki yanacaqdoldurma məntəqəsindən tapmaq mümkün olub. Yemək axtaran pinqvin insanlara yaxınlaşıb, onlar isə onu tutaraq geriyə- Tiflisə göndəriblər.

İyun ayının 14-də baş verən güclü leysan nəticəsində Tiflis zooparkına ciddi ziyan dəyib. Buradakı 600-ə yaxın heyvandan yarısı məhv olub. Bəziləri isə şəhərə qaçıblar. Şəhərin küçələrindəki pələng, ayı, canavar kimi vəhşi heyvanları xüsusi təyinatlılar vurmalı olublar.

Daşqın 19 nəfərin ölümünə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG