Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:51

Rusiya nasist işğalını anır


Moskvalılar işğal xəbərinə qulaq asır, 22 iyun, 1941-ci il

Moskvalılar işğal xəbərinə qulaq asır, 22 iyun, 1941-ci il

Rusiya 1941-ci ildə nasist Almaniyasının Sovet İttifaqına hücumunun 74-cü ildönümünü qeyd edir. Rusiyalılar ölkə boyunca “xatirə şamları” yandırır

-

Rusiya 1941-ci ildə nasist Almaniyasının Sovet İttifaqına hücumunun 74-cü ildönümünü qeyd edir. Rusiyalılar ölkə boyunca “xatirə şamları” yandırır.

Saxalində 200-dən çox insan gecə saat 3-də toplaşaraq milli anım mərasiminə başlayıb. Tədbirlər günboyu Kalininqrada qədər uzanacaq.

Saxalinin qubernatoru vəzifəsini icra edən Oleg Kozhemyako iştirakçılara deyib ki, şamlar “74 il öncə baş verən dəhşətli faciəni, bizim Rusiyanı necə sevməli və qorumalı olduğumuzu” yada salır.

1941-ci il iyunun 2də nasist Almaniyası və müttəfiqləri Sovet ittifaqına qəfil hücum edib. 4 il sürən müharibədə 20 milyondan çox sovet vətəndaşı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG