Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:58

-

Cənubi Koreyanın Səhiyyə Nazirliyi ölkədə Yaxın Şərq Nəfəs Sindromundan (MERS) daha 2 nəfərin öldüyünü bildirir. Beləliklə, bu virusdan ölənlərin sayı 27 nəfərə çatıb.

İyunun 22-də yayılan məlumatda o da bildirilir ki, virusa daha 3 nəfər yoluxub və yoluxanların sayı 172 olub.

14 nəfərin vəziyyəti ağırdır. 50 xəstə isə sağalıb və xəstəxanadan buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG