Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:14

-

Al Jazeera kanalının müxbiri Ahmed Mansour Berlin hava limanında Misir hökumətinin sorğusu ilə saxlanıb.

Al Jazeer-in icraçı baş direktoru Mostefa Souag onun dərhal sərbəst buraxılmasını tələb edib:

«Ahmed Mansuour Ərəb dünyasında ən çox hörmət edilən jurnalistdir. Onun dərhal sərbəst buraxılmasını tələb edirik. Misir hökumətinin jurnalistlərə hədə və təzyiqi hər kəsə yaxşı məlumdur».

Mansour iyulun 20-də "Qatar" havayolları şirkətinə məxsus Berlindən Dohaya uçan təyyarəyə minərkən saxlanılıb.

Mansour Al Jazeera kanalına deyib ki, bazar ertəsinə kimi - hakimlər qərar çıxaranacan saxlanılcaq.

Mansour 2014-cü ildə 15 il müddətinə azadlıq məhrum edilib. O, 2011-ci ildə bir vəkilə işgəncə verməkdə təqsirli bilib. Özü ittihamları rədd edir. Ötən ilin oktyabrında interpol Misir hökumətinin onun həsbi ilə bağlı beynəlxaql axtarış tələbini rədd etmişdi.

Al Jazeera kanalı qeyd edir ki, Manourun Almaniyada saxlanması Misir prezidenti Abdel Fattah el-Sisinin Almaniyaya səfərindən iki həftə sonraya təsadüf edir.

Mansourun vəkili Saad Djebbar Al Jazeera deyib ki, onun həbsi siyasi xarakterlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG