Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:36

-
Bratislavada polislə mitinq iştirakçıları arasında toqquşma olub, nəticədə 60 nəfər saxlanıb.


Antimiqrasiya mitinqi iyunun 20-də baş tutub.


Polisin məlumatına görə, mitinq iştirakçılarının həbsinə səbəb onların polis avtomobillərinə xələl yetirməsi və veloyürüşlərə tamaşa edənlərə hücum çəkmələri olub.


Mitinq “Facebook” sosil şəbəkəsi vasitəsilə təşkil olunub. Narazılığa başlıca səbəb Avropa İttifaqının üzv ölkələri immiqrantlarla bağlı kvota qəbul etməyə çağırması olub.


Slovaklar və Avropa İttifaqının bəzi digər üzvləri də, o cümlədən Fransa, Macarstan və Polşa bu tələbə qarşıdır. Tələbə görə onlar hazırda İtali və Yunanstanda olan 40 min qaçqını qəbul etməlidirlər.


Avropa İttifaqı sözügedən məsələni növbəti həftə keçirəcəyi sammitdə müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG