Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

-

İyunun 21-də Azərbaycan gimnastı I Avropa Oyunları çərçivəsində milliyə 34-cü medalı qazandırıb.


Batut gimnastikası üzrə yarışan İlya Qrişunin 58,765 xalla 3-cü olub, bürünc medal qazanıb.


O, rusiyalı Dmitri Uşakov (60,050) və belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.


Eyni vaxtda keçirilən qadınların yarışında çıxış edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub.

Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.

İyunun 21-də Bakı-2015 I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlara yekun vurulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG