Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:43

Radioaktiv tullantıların axtarışı bərpa edilir


Özbaşına parçalanan radioaktiv tullantılar insan həyatı üçün təhlükəli olan yüksək enerjili elementlərə çevrilir
Özbaşına parçalanan radioaktiv tullantılar insan həyatı üçün təhlükəli olan yüksək enerjili elementlərə çevrilir
İtkin və sahibsiz radioaktiv mənbələrin tapılıb zərərsizləşdirilməsi məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, ABŞ-ın Energetika Nazirliyi və Azərbaycan hökumətinin yaratdığı ekspedisiya qrupu bu günlərdə fəaliyyətini bərpa edəcək.

Milli Elmlər Akademiyası Radiasiya İnstitutunun direktoru Adil Qəribov deyir ki, ekspedisiya qrupu axtarışlara avqustda başlasa da, təxminən bir həftədən sonra onu dayandırmalı oldu. Bunun başlıca səbəbi radioaktiv tullantıların necə zərərsizləşdirilməsi haqda sənəddə göstərişin olmaması idi: «Tullantının tapılmasından çox onun harada və necə zərərsizləşdirilməsi daha vacibdir. Artıq bununla bağlı sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Əsasnamə təsdiqlənən kimi axtarışlar bərpa olunacaq».


Radioaktiv tullantıların terrorçuların və işbazların əlinə düşməsindən narahat olan ekspedisiya qrupu onun axtarışını sovet dövründən qalma hərbi hissələrin yaxınlığında, kimyəvi zavodlarda, zibilxana və onkoloji xəstəxanaların həyətində axtaracaq.


Radioaktiv tullantılar özbaşına parçalanaraq insan həyatı üçün təhlükəli olan yüksək enerjili elementlərə çevrilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG