Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:15

Selin gəlməsinə sevinən kənd


Arxiv fotosu
Arxiv fotosu

-

Ağdaşın Nehrəmli kəndinin sakinlərini içməli su problemi ilə üz-üzə qalıb. narahat edir.

Kənd sakinləri "Qaynar xətt"ə bildirirlər ki, suyun çirkli olması bəzi xəstəliklərin ortaya çıxmasına səbəb olub.

İSTİLƏR DÜŞƏNDƏ ÇAY QURUYUR

Kənddə suvarma problemi də var.Əhalinin gündəlik istifadə etdiyi arx suyu mənbəyini Türyançaydan götürür. Kəndlilərin deməsinə görə, yağış yağanda, çaylarda suyun səviyyəsi çoxalanda suvarma ilə bağlı çətinlikləri olmur. İstilər düşəndə çay da quruyur.

Kənd sakini İbrahim Quliyev:

"Yağış yağıb, sulamışıq. Problem olmayıb. Ancaq indi su yoxdur. Dən suyu verilməlidir buna. Su isə çatışmır, yoxdur".

"Arxlar yaxşı deyil. Yağış olanda su olur. Başqa vaxt bir ovuc su da tapmazsan. Sel olanda yaxşı suvarılır. Sel olmayanda yox. Pul da veririk. Qonşu kəndin ərazisindən su gəlir. Kəsilir. Suya baxana deyirik, yaxın gəlmir".

SU DA OLACAQ, YOL DA

Sudan İstifadə Birliyində isə kəndlilərin su ilə bağlı şikayətlərini əsassız hesab ediblər. Bildiriblər ki, kənddə suvarma suyu ilə bağlı heç bir problem yoxdur:

"Hazırda ərazidə suvarma ilə bağlı heç bir problem yoxdur. Suyu limit əsasında alırıq. Hər bitkinin öz suvarılma vaxtı və sayı var. Bizim aldığımız su tələbatı ödəyir".

Birlikdən deyirlər, ətəndaşlar istifadə etdikləri suvarma suyunun pulunu ödəmirlər. Bu halda isə birliyin qarşısına qoyulan illik planı yerinə yetirmək mümkün olmur.

Kəndin su problemi ilə yanaşı yol problemi də mövcuddur. Yoldan ən çox əziyyət çəkən isə məktəblilərdir.

Ağdaş rayon icra hakimiyətindən bildirilib ki. kəndin yol problemi dövlət poaqramına salınıb.

XS
SM
MD
LG