Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:50

Qadınlar oyuna buraxılmadı


İran-ABŞ - 3:0
İran-ABŞ - 3:0

-

İyunun 19-da İranda voleybol üzrə Dünya Liqası çərçivəsində ABŞ-İran oyununa qadınlar buraxılmayıb. Halbuki, hökumət yarışa qadınların da tamaşa etməsinə qoyulan qadağanı qaldıracağına söz veribmiş.

Bu ayın əvvəli İranın qadın məsələləri üzrə vitse-prezidenti Shahindokht Molaverdi tənqidlə üzləşmişdi. Hətta onu hədələmişdilər ki, qadınlar Dünya Liqasının Tehranda keçirilən oyunlarına qatılsalar, qan tökülə bilər.

İyunun 17-də İdman Nazirliyinin qarşısında kiçik bir qrup etiraz aksiyası keçirmişdi.

ISNA agentliyi İran voleybol federasiyasına istinadən xəbər verir ki, oyunlar zamanı «Azadi» İdman Komplesinə qadınların girişi qadağan edilib.

Ancaq bu qadağanın əleyhinə olanla da var, onlar sosial mediada buna etiraz ediblər.

İran yığması Dünya Liqası çempionu adını daşıyan ABŞ komandasını 3:0 hesabı ilə məğlub edib.

XS
SM
MD
LG