Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

ABŞ Bakının qərarını alqışladı


John Kirby
John Kirby

-

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi John Kirby hüquq müdafiəçisi Emin Hüseynovun işi ilə bağlı bəyanatla çıxış edib.

«ABŞ Azərbaycan hökumətinin Emin Hüseynovun ölkəni sağ-salamat tərk etməsinə imkan verən qərarını alqışlayır», - bəyanatda bildirilir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov keçən ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyində gizlənirdi.

«Avropa Oyunlarının başlanğıcı ilə eyni vaxta təsadüf edən bu addıma sevinsək də, Azərbaycan hakimiyyətini bu xoş məramı digər vətəndaş cəmiyyəti fəallarına – Leyla və Arif Yunuslara, İntiqam Əliyevə və səhhəti pisləşməkdə olan digər şəxslərə qarşı da davam etdirməyə çağırırıq.

Biz həmçinin İsveçrə səfirliyinə Hüseynova uzun müddət göstərdiyi dəstək və köməyə görə təşəkkür edirik», - bəyanatda qeyd edilir.

Emin Hüseynov bir neçə gün öncə Avropa Oyunlarının açılış mərasiminə qatılan İsveçrənin xarici işlər nazirinin təyyarəsində ölkəni tərk edib.

XS
SM
MD
LG