Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

-

«Biz buna reaksiya verəcəyik, öz maraqlarımızı qoruyacağıq».

Rusiya prezidenti Vladimir Putin bunu dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə bildirib. Onun dediyinə görə, Fransa və Belçikanın Rusiyanın aktivlərinə həbs qoyması ilə bağlı məhkəmədə mübarizə aparacaqlar.

O, Haaqa Məhkəməsinin Rusiya üçün yurisdiksiyası olmadığını deyib. Putin bildirib ki, Haaqa Məhkəməsinin qərarı yalnız Avropa Enerji Nizamnaməsini imzalayan ölkələr üçün keçərlidir: «Rusiya bu anlaşmanı ratifikasiya etməyib, ona görə də məhkəmənin qərarının bizim üçün hüquqi əsası yoxdur».

Bu günlərdə bir sıra Avropa ölkələrində Rusiyanın aktivlərinin dondurulmasına başlanıb. Proses YUKOS neft şirkətinin keçmiş səhmdarlarının şikayəti əsasında aparılan məhkəmə çərçivəsində həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG