Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

-

Şairin yeni fotoları tapılıb

Hüseyn Cavidin Bakıdakı ev muzeyi şairin müəllim işlədiyi 1924 - 1932-ci illərdə çəkilmiş orijinal fotoşəkillərini tapıb. Fotolar ev muzeyinin intenet səhifəsində nümayişə qoyulub.

Fotoların biri Darülmüəllimin - Bakı Müəllimlər Seminariyasının 1924-1925-ci tədris ilində Hüseyn Cavidin 8-ci sinif şagirdləri və müəllim yoldaşları ilə çəkilmiş fotodur.

Fotonun mərkəzində oturanlar sırasında ortada Hüseyn Cavidi, ondan sağda yazıçı, sonradan repressiyaya tuş gələn Seyid Hüseyn Sadiqi, yuxarı sırada sağdan ikinci ayaq üstə Cavad Bağırovu görmək olar.

Digər foto 10 fevral 1932-ci ildə saat 1-də Ukrayna nümayəndələri ilə o vaxtkı Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu dil şöbəsinin işçiləri və aspirantlarıyla birlikdə çəkilib. Fotoda Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümtaz, Bəkir Çobanzadə, Cavad Bağırov və başqalarını görmək olar. Onların hamısı sonradan repressiyalarda həlak olub.

Fotoları muzeyə Akademiyanın Əlyazmalar İnstitutunun böyük elmi işçisi Yusif Günaydın təqdim edib.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG