Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:02

Naxçıvanda əmək yarmarkası başa çatdı


Naxçıvan Muxtar Respublikasında «İşsizlikdən məşğulluğa doğru -15 il»devizi altında keçirilən əmək yarmarkaları başa çatdı. MR Məşğulluq Mərkəzinin rəhbəri Xeyrulla Abbasovun məlumatına görə 2006-cı ilin ötən dövrləri ərzində Naxçıvan şəhəri də daxil olmaqla respublikanın 7 rayonunda təşkil edilən əmək yarmarkalarında ümumilikdə 4094 nəfər işaxtaran vətəndaş işlə təmin olunub. Cənab Abbasov deyir ki, işlə təmin olunanlar arasında qadın və gənclər daha çoxluq təşkil edirlər.


Xeyrulla Abbasov onu da bildirdi ki, bu il Muxtar Respublikanın məşğulluq mərkəzlərində qeydiyyatda duran işsiz vətəndaşlardan 1700-ü boş iş yerlərinə təyinat alıb. 2007-ci ilin əvvəllərində də MR əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG