Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:37

Ohanyan İŞİD-ə qoşulan azərbaycanlılardan ehtiyatlanır


Ermənistan - Ohanyan erməni əsgərləri ilə görüşür - Azərbaycan sərhədindəki bazada, 19 iyun, 2014
Ermənistan - Ohanyan erməni əsgərləri ilə görüşür - Azərbaycan sərhədindəki bazada, 19 iyun, 2014

-

"Təsdiqini tapmış faktlar var ki, "İslam dövləti"nin sıralarında çoxlu sayda azərbaycanlı yaraqlı döyuşür.

Eləcə də müəyyən sayda başqa Qafqaz xalqlarının nümayəndələri.

Terrorçuluq yolu keçmiş həmin adamların geri qayıdışı ilk növbədə öz ölkələrinə, daha sonra isə birbaşa Ermənistana təhlükə yaradacaq".

Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib - Yerevanda NATO-nun "Rose-Roth" seminarında.

Onun sözlərinə görə, "İslam dövləti" cənubi Qafqaz sərhədlərinə yaxınlaşır.

Buna görə də Ermənistan öz təhlükəsizliyini "çoxvektorlu" edir.

Həm MDB, həm də NATO ilə hərbi əməkdaşlıq edir.

HƏMÇİNİN OXU:

Suriyada döyüşdüyü deyilən şəxs: Bəşər Əsəd zalımdır

Məqsədimiz Bashar Assada qarşı cihad olub

PKK-ya qoşulduğu deyilən gənclər kimdir? [Fotolar]​

XS
SM
MD
LG