Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20

Əcnəbi qonaqlar Musiqili Teatrda «Skapenin kələkləri»ə baxdılar


Xarici qonaqlar teatrda - 18 iyun 2015.

Xarici qonaqlar teatrda - 18 iyun 2015.

-

İyunun 18-də saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında J.B.Molière-in «Skapenin kələkləri» tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun AzadlıqRadiosuna bildirdiyinə görə, tamaşanı I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gəlmiş əcnəbi qonaqlar – Almaniyadan, Rusiya Federasiyasından və Ukraynadan olan turistlər izləyiblər.

Rus dilində oynanılan səhnə əsəri xarici qonaqlara eyni zamanda ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunub.

Tamaşa bitdikdən sonra qonaqlar əsərin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşüblər.

Söhbət zamanı qonaqlar tamaşadan razı qaldıqlarını, iki saat ərzində çox böyük mənəvi zövq aldıqlarını bildiriblər.

«Tamaşanı izlədikcə bizə elə gəlirdi ki, Avropanın ən inkişaf etmiş ölkələrindən birinin teatr salonundayıq»- deyə qonaqlar söyləyiblər.

Tamaşada rolları Əməkdar artist Boris Qrafkin, aktyorlar Emil Heydərov, Marina Litvinenko, Nadejda Povelisina, Kamil Osmanlı, Firuz Məmmədov, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova ifa edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG