Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:47

-

Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 18-də Azərbaycan hökumətinə qarşı qərar çıxarıb.

Məhkəmə Naxçıvan sakini Həkimeldostu Mehdiyevin hüquqlarının pozulduğunu, onunla pis rəftar edildiyini və jurnalist fəaliyyətinə görə saxlandığını təsdiqləyib.

Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti Mehdiyevə 10 min avro məbləğində təzminat , məhkəmə və digər xərclər üçün isə 4 min avro ödəməlidir.

Bu barədə xəbər yayan Turan agentliyi qeyd edir ki, Mehdiyevin təqib olunmasına səbəb onun 2007-ci ildə vətəndaşların hüquqlarının pozulması haqqında nəşrləri olub.

Bundan sonra o, MTN-in yerli şöbəsinə çağırılıb, burada dəyənəklə döyülüb, jurnalist fəaliyyətinə son qoyulması tələb olunub.

Bundan sonra o, məhkəməyə aparılıb və polisə müqavimətə görə 15 günlük həbs cəzası verilib.

Həbsdə ona nə yemək, nə su verilib, 4 gün sonra isə izahatsız sərbəst buraxılıb.

Hakimiyyət hələ də Mehdiyevin həbsi faktını təsdiq etməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG