Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:58

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il iyunun 2, 6, 11, 16-da Azərbaycanın bütün orta məktəblərində mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Məlumatda deyilir ki, bütün imtahanlarda 105 min 346 nəfər IX sinif şagirdi, 86 min 156 nəfər XI sinif şagirdi iştirak edib.

IX sinif şagirdlərindən Ana dili imtahanında 25 min 329 nəfər «2», 46 min 525 nəfər «3», Riyaziyyatdan 28 min 283 nəfər «2», 41 min 841 nəfər «3» qiyməti alıb.

XI sinif üzrə Ana dilindən 17 min 89 nəfər «2», 32 min 130 nəfər «3», Riyaziyyatdan 18 min 552 nəfər «2», 28 min 96 nəfər «3», xarici dildən 15 min 942 nəfər «2», 36 min 753 nəfər «3», Kimya fənnindən 182 nəfər «2», 546 nəfər isə «3» qiyməti alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG