Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 14:37

İvanovkada susuzluqdur


Arxiv fotosu
Arxiv fotosu

-

İsmayıllının İvanovka kəndi susuz qalıb. Yerli sakinlər "Qaynar xətt"ə bildiriblər ki, ötən ilin yayına qədər kəndə köhnə boru xətti ilə normal su gəlirmiş. Ancaq indi nə köhnə, nə də 2 il əvvəl çəkilən yeni su xəttindən kəndin su təchizatını təmin etmək mümkündür.

Kənd sakini Loğman Bədəlov deyir, yeni su xəttinin çəkilməsi üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən birinci dəfə 4 milyon, ikinci dəfə 3,8 milyon manat vəsait ayrılıb. Ancaq kəndin su maşınları, yanğınsöndürən maşınları kolxozçulara su verirlər. Mal-heyvanı suvarmaq, digər işlərini görmək üçün su qıtlığı çətinliklər yaradır.

SUYU PULLA ALIRIQ"

"Köhnə su xətti ilə kəndə gələn su necə olub? Suyun mənbəyimi itib?Dövlətin ayırdığı 7,8 milyon manat vəsait hesabına çəkilən su xətti niyə fəaliyyət göstərmir? Çəkilişə rəhbərlik edən qurumların, Maliyyə Nazirliyinin nümayəndələri bu vəsaitin hara xərclənməsi ilə maraqlansalar yaxşı olar. Bilək ki, bu pullar və su boruları hara gedib. Yayda su problemi yaşamaq nə deməkdir, bunu hamı bilir. Su maşınları ilə nə qədər su əldə eləmək olar? Birdəfəlik su xətti çəkilsin, canımız qurtarsın”.

Sakinlərin istədiyi odur ki, kənddəki yayın cırhacır istisində su problemi tezliklə həllini tapsın.

TEZLİKLƏ SU OLMALIDIR

"Gün ərzində kəndə 4 maşınla su gətiririk ki, suvarmada istifadə edək, camaata da verək. Bulaqlardan pulsuz istifadə etsək də, çox vaxt suyu pulla alırıq”.

İsmayıllının icra hakimiyyəti də kənddəki susuzluq problemindən xəbərdardır. Qurumun nümayəndəsi deyir, problemin həlli üçün tədbirlər görülür:

"Kəndi su ilə təmin etmək üçün əlimizdən gələni edirik”.

XS
SM
MD
LG