Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Yunanıstan "Türk axını"na qoşulur


Panagiotis Lafazanis və Aleksei Miller
Panagiotis Lafazanis və Aleksei Miller

-

“Türk axını” qaz kəməri layihəsinə Yunanıstan da qoşuldu.

Sənədi iyunun 19-da Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və onun yunanıstanlı həmkarı Panagiotis Lafazanis imzalayıblar.

Lafazanis deyib ki, maliyyə vəsaiti Rusiyanın Dövlət İnkişaf Bankından gələcək.

O qeyd edib ki, borc böhranı ilə üzləşmiş Yunanıstana təzyiq yox, dəstək lazımdır və Rusiya ilə əməkdaşlıq Avropa və ya digər ölkələrə qarşı yönəlməyib.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl deyib ki, bu kəmər Yunanıstanı böyük tranzid qaz mərkəzinə çevirəcək və ölkə tranzitdən 100 milyonlarla dollar qazanacaq.

Bu arada Yunanıstan Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondunun borc əvəzinə geniş islahatlar tələb etməsinə sərt reaksiya verməyə başlayıb. Əgər bununla bağlı razılaşma 2 həftəyə əldə edilməsə, Yunanıstan müflis ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG