Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

-

Gələn həftə Avropa Şurası Parlament Assambleyasının yay sessiyası başlayır.

İyunun 21-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Səməd Seyidovun başçılığı ilə Strasburqa yola düşəcək.

Nümayəndə heyətinə deputatlardan Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildir.

Sessiyada AŞPA-nın daimi komitəsi və büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti, Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Sessiya çərçivəsində AŞPA bürosunun və qurumun sosial məsələlər, səhiyyə və davamlı inkişaf, qeyri-diskriminasiya və bərabərlik, demokratiya və siyasi məsələlər, insan hüquqları və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək.

Səfər iyunun 28-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG