Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:13

Rusiya və Yunanstan rəhbərliyi görüşür, Rusiyanın borc verəcəyi bəlli deyil


Yunanstanın baş naziri Alexis Tsipras və Rusiya prezidenti Vladimir Putin
Yunanstanın baş naziri Alexis Tsipras və Rusiya prezidenti Vladimir Putin

-

Rusiyanın yüksək rütbəli məmurları ölkələrinin Yunanstana borc pul verib-verməyəcəklərini görüşöncəsi açıqlamaqdan boyun qaçırıblar.


Rusiya və Yunanstan liderləri bu gün - iyunun 19-u görüşürlər.


Yunanstan Avropa İttifaqı ilə danışıqlarda və Beynəlxalq Valyuta Fonduna borcunu geri qaytarmaqda dalana dirənib.


Yardımları çıxmaq şərtilə iyunun 30-dək ödənilməli olan borcun məbləği 1,8 milyard dollardır.


Yunanstanın baş naziri Alexis Tsipras apreldən bu yana artıq ikinci dəfədir ki, Rusiyaya səfər edir. Bu dəfə də onun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur, daha sonra Sank Peterburqda iyunun 18-dən başlayan iqtisadi foruma qatılacaq.


Bu arada Avrozona ölkələrinin liderləri də Yunanstanla bağlı iyunun 22-də fövqəladə iclas keçirəcəklər.

XS
SM
MD
LG