Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:41

“Rusiya onlarla yeni ballistik raket alır”


Rusiyanın Qələbə Günü nümayiş etdirdiyi ballistik raketlər
Rusiyanın Qələbə Günü nümayiş etdirdiyi ballistik raketlər

-

Rusiya öz nüvə arsenalına onlarla yeni qitələrarası ballistik raket əlavə edəcək. Bu iddianı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland səsləndirib.

O bu barədə açıqlamanı Çexiyanın paytaxtı Praqada səfərdə ikən jurnalistlərin suallarını cavablayarkən verib. “Biz Rusiyanın daxilində həqiqətən də nə baş verdiyinə baxanda, gördüklərimiz dramatikdən heç də zəif deyil” – deyə o, əlavə edib.

Rusiya prezidenti Vladimir Putin iyunun 16-da açıqlama verib ki, ölkəsi bu il ərzində öz nüvə arsenalına 40-dan çox yeni qitələrarası ballistik raket əlavə edəcək. Amma bir gün sonra – iyunun 17-də rəsmi Kreml bildirib ki, Rusiya bahalı yeni silahlar almaq niyyətində deyil, çünki bu, ölkə iqtisadiyyatına zərbə olar.

XS
SM
MD
LG