Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:34

Azərbaycan idmançılarından daha 4 medal


-

İyunun 18-də Avropa Oyunlarında taekvondo yarışlarında Azərbaycan bir qizıl və bir gümüş medal qazandı.Kişilər arasında 80 kiloqramda keçirlən yarışda Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani finalda rusiyalı Albert Quanu məğlub edərək birinciliyə yüksəldi.

Ondan əvvəl isə qadınlar arasında keçirlən taekvonda yarışında 67 kiloqramda Fəridə Əzizova finalda yenə rusiyalı Anastasiya Barişnikova ilə qarşılaşmışdı. Ancaq Fəridə Əzizova rusiyalı taekvondoçuya məğlub olduğundan gümüş medalla kifayətlənməli oldu.

Avropa Oyunlarında Azərbaycana daha bir bürünc medalı Avropa çempionu Ruslan Dibirhacıyevdən qazandırdı. O, 70 kiloqram çəki dərəcəsində güləş yarışlarında üçüncülük uğrunda görüşdə gürcüstanlı Davit Tlaşadzeni məğlub edib.

Camaləddin Maqomedov isə 125 kiloqram çəkidə üçüncülük uğrunda yarışda slovakiyalı Soslan Qaqloyevi məğlub edib.

Bununla da Azrbaycan idmançılarını medallarının sayı 29-a çatdı.12 qızıl,12 bürünc və 5 gümüş...

XS
SM
MD
LG