Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

2 il əvvəl dağıdılmış əmlakın kompensasiyasını kim ödəyəcək?..


Arxiv fotosu

Arxiv fotosu

-

"2 ildir ki, əziyyətlə tikdiyimiz evi söküblər. Ovuc boyda kağız gətirdilər. Üstündə də yazılmışdı ki, qanunsuz evlər sökülməlidir. Yanlarında da az qala bir ordu qədər polis işçisi. Qəflətən gəldilər, evləri traktorla, buldozerlə dağıtdılar. Etiraz edən adamları sürüyüb ərazidən uzaqlaşdırdılar. Tutduqlarını da tutub apardılar polisə”.

Bakının Sabunçu rayonu ərazisindəki “Savalan” yeni yaşayış massivində 2 il əvvəl sökülmüş 50 evdən birinin sahibi Əli Cəfərov deyir, sökülmüş evinin hesabını hələ də verən yoxdur.

"EVİ ŞUMLAYIB GETDİLƏR"

"Qəflətən küçələrə gətirilən ağır texnikalarla yeni tikililərə “hücum" etdilər. Əlimizdə fərdi ev tikintisi üçün rəsmi icazə, yerli icra hakimiyyətinin sənədi də var. Buna baxmayaraq evi şumlayıb getdilər".

Şikayətçi deyir, köçkündür. Ailəsi böyüdükcə qərara gəlib ki, torpaq alıb, həyət-bacalı ev-eşik düzəltsin. Torpağı yerli sakindən alıb.

"12 sot idi, 6 sotunu bizə satdı, 6 sotunu başqasına. Fərdi ev tikmək üçün 1991-ci ildə verilmiş bir sənədi var. Biz də o sənədə arxayın olub tikmişik. Evin üstünü bağlayanda gəlib tökülüşdülər. ətrafdakı evlərdən heç olmasa əsər-əlamət saxladılar. Bizim evimizi şumlayıb yerlə bir etdilər”.

TİKİLİNİN SÖKÜLMƏSİ QANUNSUZDUR

Sabunçu rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, “Savalan” yaşayış massivində qanunsuz tikililərin sahiblərinə yazılı xəbərdarlıq olunub. Onların təqdim etdikləri 1991-ci ildə verilmiş sənədlərin saxta olduğu bildirilib. Ancaq buna baxmayaraq, adamlar tikinti işlərini dayandırmayıblar. Rayon İcra Hakimiyyəti ərazidəki tikililəri sökmək üçün əraziyə ağır texnika göndərib və təzə tikililər sökülüb.

Hüquqşünas Fuad Hüseynov deyir, məhkəmə qərarı olmadan hər hansı tikilinin sökülməsi qanunsuzdur.

“İcra hakimiyyəti əvvəl məhkəməyə müraciət edib adamların əllərindəki sənədlərin saxtalığını sübuta yetirməli idi”.

Hüquqşünas şikayətçiyə məhkəməyə müraciət etməyi məsləhət görür.

"Düzü, təəccüblüdür ki, iki ildə bu adam niyə məhkəməyə müraciət etməyib. Belə mübahisələr hüquq müstəvisində həllini tapır".

Əli Cəfərov isə deyir, 2 ildə ümidini dövlət qurumlarına bağlayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG