Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20

-

İyulun 3-də Heydər Əliyev Sarayında xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın təntənəli yubiley gecəsi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, hazırda aktrisanın 70 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına hazırlıq gedir.

Amaliya Pənahova Azərbaycan teatrında və kinosunda bir-birindən bənzərsiz obrazlar yaradıb.

O, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib.

Aktrisa 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və hazırda bu teatra rəhbərlik edir..

İyunun 17-də Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə ölkə prezidenti Amaliya Pənahovanı «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG