Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:12

Poeziya kafesi nə olan şeydir?


Poetry Cafe
Poetry Cafe

-

Başqa cür kitab təqdimatı

Londonun dar küçələrinin birində “Poeziya yeri” adlı kafe var.

Məşhur deyil, ancaq şairlər yaxşı tanıyırlar oranı.

Kafenin əsas xüsusiyyəti Açıq mikrofon günləri keçirməsidir. Çox əyləncəli olur açıq mikrofon günləri.

Həftənin hər dördüncü günü keçirilir. Kim istəsə 5 manat verir, keçir içəri. Adını yazdırır, qəhvəsini sifariş verib oturur, öz növbəsini gözləyir.

Növbə çatanda keçir mikrofonun başına, başlayır şeirlərini oxumağa.

Cavabında auditoriyadan bir şey gözlənilir: replika atmaq. Şeirdən xoşun gəldisə, yerindən “Sağ ol” deyəcəksən, gəlmədisə susacaqsan. İstəsən “Sən istedadsızsan", "Adamda abır-həya yaxşı şeydi", "Bu nə şeirdi? Mən səndən yaxşı yazıram” da deyə bilərsən, amma bu qədər əsəbləşməyə ehtiyac yoxdur.

Açıq mikrofondur, bu gedər, başqası gələr.

Kafedə şeir kitablarının təqdimatı da olur. Bir dəfə Joe Cushnan adlı şairin kitabının təqdimatına getmişdim. O, mikrofona yaxınlaşdı, hamını salamladı.

Dedi ki, şeirlərini uşaqlar və böyüklər üçün yazır, şeirləri gülməlidir. Məqsədi insanlara təbəssüm bəxş eləməkdir. Çoxlu şeir oxudu. Əyləşənlər doğrudan da güldülər.

Axırda ona sağ ol dedilər, hərəyə bir kitab verdi, məclis qurtardı. Heç kəs onu tərifləmək məqsədilə çıxış etmədi. Özülə dost-most, tənqidçi-mənqidçi gətirməmişdi.

Kafedə çoxlu şeir kitabı var. Divarlara Londonun başqa yerlədində və elə bu kafenin özündə keçiriləcək poeziya tədbirləri haqqında elanlar vurulub. Heç bir gərginlik, heç bir intriqa.

Arada kafe də Poeziyadan sui-istifadə edərək, pul qazanır.

Oxu zalı

XS
SM
MD
LG