Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

-

"Neçə ildir eşidirik ki, kəndin su problemi həll olunur. Ancaq eşitdiyimizlə gördüyümüz tamam başqadır. İçməli suyun vedrəsini 1 manata alırıq".

​Qazaxın erməni hərbçiləri ilə təmas xəttində yerləşən Cəfərli kənd sakinləri "Qaynar xətt"ə şikayət edirlər ki, yayın qızmarında kənddə su yoxdur. Sakinlərin sözlərinə görə, kəndə elektrik enerjisi, təbii qaz var, ancaq su qəhətə çıxıb.

BİRCƏ ARTEZİAN QUYUSUNUN ÜMİDİNƏ QALAN KƏND

Kənddə cəmi bir artezian quyusu var. Bütün kənd sakinləri gündəlik suya olan təlabatlarını ödəmək üçün bu quyudan istifadə edir. Bəzi sakinlərin evləri bu artezian quyusundan 3-5 kilometr aralı olduğundan sözü gedən məsafəni piyada su gətirməyə gedirlər. Digər bir problem isə artezian suyunun içmək üçün yararsız olmasıdır. Buna görə də məcbur olub, suyu pulla alırlar.

PROBLEMİ İCRA HAKİMİYYƏTİ HƏLL ETSİN

"Dəfələrlə müraciət etmişik, hələ də su probleminin həlli üçün tədbir görülmür. Sovet dövründə kəndə su xətləri çəkilib. Amma müstəqillik illərindən bu yana suyun nəqli dayandrılıb".

"Azərsu" bu məsələ ilə bağlı bildirib ki, Cəfərli kəndində suyun verilməsinə qurub cavabdeh deyil. Kəndin su təminatı ilə yerli icra hakimiyyəti və yerli bələdiyyə məşğul olmalıdır.

Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, yaxın vaxtlarda kəndin içməli su ilə bağlı problemi həll olunacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG