Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

-

Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında dövlət sifarişi ilə «Eviniz abad» («Köşk») şərti adlı tammetrajlı bədii filmin istehsalına başlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, hazırda filmin çəkiliş məkanlarının və aktyorların seçimi üzərində iş gedir.

Filmdə hadisələr Azərbaycanda və Gürcüstanda baş verir.
Romantik komediya janrında olan və qeyri-adi bir əhvalat üzərində qurulmuş film azərbaycanlı oğlanla gürcü qızının sevgisindən bəhs edir.

Filmin ssenari müəllifi İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG