Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41

Son 24 saat ərzində Ukraynanın şərqində gedən döyüşlərdə 3 əsgər ölüb, 14-ü yaralanıb.

Bu barədə iyunun 18-də ordunun sözçüsü Andriy Lysenko məlumat verib.

O toqquşmaların səngimədiyini və bəzi ərazilərdə iri miqyasa keçdiyini bildirib.

BMT-nin məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hokumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Bu ilin fevralında Minskdə tərəflər arasında atəşkəs sazişi imzalansa da vaxtaşırı toqquşmalar olur və bu son vaxtlar daha artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG