Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

-

Katolik kilsəsi ekologiyaya dağıdıcı münasibəti "günah" elan edir.

Kilsə hesab edir ki, "ekoloji günah" anlayışı kilsənin günah təliminə salınmalıdır.

Roma Papası Francisin “Bizim Ümumi Evimizin Qayğısına Qalaq” adlı Ətraf Mühit haqda ensiklikasını tədqim edən Şərqi Pravoslav Metropoliyasının rəhbəri John Zizioulas deyib ki, Papanın ensiklikası insan tarixinin həlledici məqamında gəlir və şübhəsiz, insanların şüuruna dünya miqyaslı təsir göstərəcək.

Arayış üçün deyək ki, Roma Papası yalnız nadir hallarda, özü də çox mühüm hadisələr barədə ensiklika verir. Bu sənəd öz statusuna görə,yalnız apostol konstitusiyasından geri qalır.

Zizioulas deyib ki, ensiklikadan göründüyü kimi, ekoloji böhran mənəvi problemdir. İnsanlıqla Yer arasında təbii əlaqə qırılıb.”Təbiətə belə münasibəti biz günah hesab edirik”.

Zizioulas deyir ki,”kilsə özünün günah haqda təliminə ekologiya əleyhinə günahı da daxil etməlidir. Ekoloji günah anlayışı olmalıdır.”

Şərhləri göstər

XS
SM
MD
LG