Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05

-

Iranda mühafizəkarlar qadınların stadionlara buraxılmasından hiddətlənib.

Hökumət "məhdud sayda" qadının idman oyunlarına azarkeşlik etməsinə icazə verib.

Sərt dini qaydaların tərəfdarları Tehrandakı İdman Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Hazırda İran qadınlarının kişi yarışları keçirilən stadionlara gəlməsi qadağandır.

Lakin bu ayın əvvəllərində İranın qadın və ailə məsələləri üzrə vise-prezidenti Shahindokht Molaverdi Associated Press agentliyinə bildirib ki, bu qadağan qismən ləğv ediləcək və qadınların kişilər arasında keçirilən volleybol, basketbol və tennis kimi yarışlarına tamaşa etmələrinə icazə veriləcək.

MƏMURLARIN DEDİKLƏRİNDƏ ZİDDİYYƏT

Amma digər tərəfdən İranın daxili işlər naziri Abdolreza Rahmani Fazli bəyanat verib ki, qadınların stadionlara gəlişi ilə bağlı qaydalara heç bir düzəliş edilməyib.

İranın islahatpərəst "Şərq" qəzetinin Tvitter səhifəsində yazdığına görə Tehranda 17 iyun etiraz aksiyasında iştirak edənlər vitse-prezident Molaverdi-nin istefasını tələb ediblər.

İRNA agentliyi bildirib ki, sayları 100-dən az olan aksiyaçılarsonradan İdman Nazirliyinin qarşısında namaz qılıblar.

Bu hadisə İranda özünü mötədil elan etmiş prezident Rouhani hökuməti ilə ölkədə sərt qanun-qaydaların yumşaldılmasını istəməyən mühasfizəkar qüvvələr arasında gedən mübarizəni bir d ha gündəmə gətirib.

Keçmişlərdə İran qadınlarına kişilərin volleybol yarışlarına stadionlarda tamaşa etmək icazəsi verilmişdi. Lakin ötən ildən bəri onların belə yarışları seyr etmələri qadağan olunub.

Bu qadağana 2014-cü ildə etiraz edən qadınların aksiyası polis tərəfindən dağıdılmışdı. Bu etirazçlılardan biri olan İran-Britaniya fəalı Ghoncheh Ghavami həbs edilmiş və bir il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Ghavami 5 ay dəmir barmaqlıqlar arxasında keçirdikdən sonra azad edilib.

Ötən apreldə məhkəmə ona qarşı ittihama xitam verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG