Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:47

-

"Xalqın köməyilə yerimdən tərpənməyəcəm"

Berlində on il xımır-xımır meyvə-tərəvəz satandan sonra bir ailə dükanı qəfildən məhəllədə yeni sökünti-tikinti işlərinə etiraz mədəniyyətinin mərkəzinə çevrilib.

"Daily Sabah" xəbər verir ki, dükanın 55 yaşlı yiyəsi Ahmet Çalışkan mart ayında ordan çıxmaq haqda hökm qərarı alıb.

Məhəlləni söküb daha varlı sinfin zövqünə uyğun hala gətirmək və kasıbları ucqarlara itələmək istəyirlər (gentrifikasiya). Amma rəngarəng, bohem Kreuzberg məhəlləsi sakinlərinin dəstəyilə dükan hələ də yerindədir.

Burda hər həftə o qədər insan toplaşıb gentrifikasiyaya etiraz edir ki, indi Ahmet Çalışkan öz dükanının etiraz simvoluna çevrilməsini heyrətlə izləyir.

Şəhərin kasıb məhəllələri həmişə o şəhərə yeni ayaq açan varlıları cəlb edir. Belə ərazilərdə kasıblar kirayə qalırlar. Yeni gələn varlılarsa ev yiyələrilə danışaraq, evləri satın alırlar. Sonra ərazini yenidən inşa edib icarə qiymətlərini qaldırırlar.

Çalışkanın “Bizim bakkal” dükanı 28 il bundan qabaq – Soyuq Müharibə vaxtında açılıb. Uzun müddət türk miqrantlarının, kasıb əcnəbilərin, sənətkarların, musiqiçilərin, hippi və pank-rok qruplarının mərkəzi olub, düz Berlin divarının kölgəsində yerləşib.

Adına “Balaca İstanbul” deyiblər öz aralarında. Tədricən Kreuzberg Berlinin ən kasıb məhəlləsindən azadruhlu insanların və turistlərin, klub mədəniyyətinin və kosmopolit düşüncənin mərkəzinə çevrilib..

14 yaşından bu dükanı icarədar kimi işlədən Çalışkan mart ayında dükanı boşaltmaq haqda qərarı alanda şok olduğunu deyib.

Ona deyiblər ki, yeni şirkət dükanı yiyəsindən satın alıb. Nəticədə dükanın üstü Berlinin azadruhlu insanlarının yazıb yapışdırdıqları etiraz plakatlarıyla dolub: "Bizim Bakkal Must Stay" və "Je Suis Bizim Bakkal."

Onlar “Charlie Hebdo” jurnalına edilmiş basqını pisləyən nümayişçilərin şüarlarını öz şüarlarına çeviriblər. Şəhərin ən qədim baqqal dükanlarından biri olan bu dükanı mədəniyyət bütü adlandırırlar.

Çalışkan “xalqın köməyilə yerindən tərpənməyəcəyini” deyib.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG