Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

-

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Asif Yusifli və onun tanışı Rafiq Hüseynovun məhkəməsinə hazırlıq iclası keçirilib.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilir.

İttiham olunanlar özlərini təqsirli saymayıb.

Vəkil Fəxrəddin Mehdiyev çıxışında deyib ki, Asif Yusifli zərərçəkənə dəyən zərəri ödəyib. Zərərçəkən də şikayətinin olmaması haqda ərizə verib:

«Buna görə də xahiş edirəm, Cinayət İşinə xitam verilsin və həbs-qətimkan tədbiri ləğv edilsin. Asif Yusifli Qarabağ əlilidir, övladları var, biri də ağır xəstədir. Xahiş edirəm, bunlar da nəzərə alınsın».

Vəsatət təmin olunmayıb.

Məhkəmə iyulun 2-nə təyin olunub.

AXCP Ali Məclisinin üzvü Asif Yusifli vətəndaş Fəridə Zülfüqarovanın 7 min 700 manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG