Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:33

-
1982-ci ildə Parisdə yəhudilərin restoranına basqın etməkdə şübhəli bilinən şəxs İordaniyada saxlanıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 22 nəfər yaralanmışdı.

Saxlanan şəxsin Fransanın beynəlxalq axtarışa verdiyi 3 şəxsdən biri olduğu deyilir.

İordaniyanın yaydığı məlumata görə, “Amjat Atta” ləqəbi ilə tanınan 62 yaşlı şəxs iyunun 1-də saxlanıb, sonradan məhkəmənin qərarı ilə girovluğa buraxılıb. Ekstradisiyası ilə bağlı qərar çıxanadək onun ölkəni tərk etməsinə qadağa qoyulub.

Digər iki şəxsin İordaniyanın qərbində və Norveçdə yaşadığı deyilir.

Hadisəni törədən şəxslər elan etmişdilər ki, onlar “Abu Nidal Təşkilatı” adlı silahlı fələstin qruplaşması adından bu addımı atıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG