Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:33

BMT rəsmisi: "Azərbaycana kütləvi beynəlxalq təzyiq edilir"


Michael Forst - UN Special Rapporteur on the situation of human rights defenders (UN photo)
Michael Forst - UN Special Rapporteur on the situation of human rights defenders (UN photo)

-

"Belə görünür ki, qanunun aliliyi hökumətin gündəliyində deyil. Jurnalistlər, hüquq müdafiəçiləri ümumiyyətlə müdafiə olunmurlar".

BMT İnsan Haqları Şurasının insan haqları müdafiəçilərinin vəziyyəti ilə bağlı xüsusi məruzəçisi Michael Forst AzadlıqRadiosuna müsahibə verib. Müsahibənin mətnini təqdim edirik.

- Son vaxtlar beynəlxalq təşkilatlar Azərbaycandan çıxarılır, Qərbə qarşı dövlət mediasında tənqidlər artır. Bu günlərdə hətta ATƏT–in Bakı ofisi də hökumətin tələbi ilə bağlandı. Bəzi müşahidəçilər bunu ölkənin izolyasiyası kimi qiymətləndirirlər, siz bu haqda nə düşünürsüz?

- Bu bizi narahat edən məsələlərdən biridir. Ölkəyə edilən təzyiqlərin çoxu son vaxtlara təsadüf edir. BMT İnsan Haqları üzrə Ali Komissarının açıqladığı bəyanatda da aydın deyilir ki, komissar ölkə prezidenti, xarici işlər naziri ilə görüşsə də, nəticə olmayıb.

Bu yaxınlarda Avropa Şurasının rəsmiləri Azərbaycanda yüksək səviyyəli rəsmilərlə görüşlər keçiriblər. Avropa Birliyinin nümayəndələri ictimaiyyətə məlumat verməsələr belə, onlar da Azərbaycana səfərlər ediblər, eyni mövzu ilə bağlı danışıqlar aparıblar. Bundan başqa Avropa Birliyi Parlamenti və Almaniya parlamentinin bəyanatları göstərdi ki, Azərbaycana qarşı kütləvi beynəlxalq təzyiq var.

Bakı polisi "iş başında"
Bakı polisi "iş başında"

Buna baxmayaraq, belə görünür ki, qanunun aliliyi hökumətin gündəliyində deyil. Jurnalistlər, hüquq müdafiəçiləri ümumiyyətlə müdafiə olunmurlar.

Biz jurnalistlərdən, həmkarlarımızdan onların ölkəyə daxil olub, işlərini davam etdirə bilməməsi ilə bağlı çoxlu məlumatlar alırıq.

Ölkə daxilindəkilər isə hədəfə çevrilir, hədələnir, həbsə atılır, ordakı ictimai fəalların da hakimiyyətə təzyiq etmək imkanı yoxdur. Bəli, Azərbaycan hökuməti hazırda izolyasiya olunub. Amma ölkə bu vəziyyətdə illərlə qala bilməz. Bir yekun qərar verilməlidir: qərarın nə vaxt və necə veriləcəyini bilmirəm, amma Azərbaycanın gələcəyi ilə bağlı optimistəm.

- Sizin ölkəyə səfəriniz necə, gündəmdədirmi?

- Azərbaycan hökuməti üçün bu situasiya davamlı deyil. Onlar indi izolyasiya oluna bilərlər. Yaxın aylarda ölkədə vəziyyət dəyişməli olacaq. Hazırda mən ölkəyə getməyə çalışıram. Azərbaycanın BMT-dəki daimi nümayəndə heyəti ilə görüşdüm və missiyanın məqsədini onlarla müzakirə etdim. Mənə Bakıya 2016-cı ildə səfər etməyi təklif etdilər. Bildirdim ki, bu, mənim üçün uzaq tarixdir, indi getmək, hakimiyyətlə müzakilər aparmaq istəyirəm.

Prosedur olaraq daha sonra biz səfərin miqyasını, mövzuları müzakirə edəcəyik.

Onlara deyəcəyik ki, biz həbsxanalara baş çəkmək istəyirik. Əksər hökumətlər bir qayda olaraq bunun təhlükəli olduğunu deyirlər, bizi çəkindirməyə çalışırlar, çoxlu bəhanə gətirirlər ki, ölkədəki vəziyyətin tam mənzərəsini görə bilməyək.

-Bu səfəriniz nəyi dəyişəcək, sizcə? Nəyə nail olacağınıza ümid edirsiz?

- Məni ölkənin içərisindən danışmaq, səfərimin yekunlarına dair Bakıdan bəyanat vermək istəyirəm: istəyirəm ki, ordakı vəziyyətlə tanış olum, baş verənləri gözlərimlə görüm, rəsmilərlə görüşüm.

Bu səfər mənimçün bir imkan olacaq ki, ölkənin içərisində hüquq müdafiəçiləri, hüququn aliliyi uğrunda vuruşmağa çalışanlarla görüşüm və sonra İnsan Haqları Şurası üçün hesabatı hazırlayım.

Daha sonra hesabat əsasında Şurada müzakirələr keçiriləcək, həm deputatların, həm də Azərbaycan rəsmilərinin müzakirədə iştirak imkanı olacaq və beləliklə, Azərbaycanın məsələsi beynəlxalq ictimaiyyətin gündəminə gələcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG